Ukrayna “Avroviziya”nın hazırlıqlarına başladı

ukrayna-avroviziyanin-hazirliqlarina-basladi
Oxunma sayı: 1680

Ukrayna hakimiyyəti gələn il ölkədə keçirilməsi nəzərdə tutulan “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin hazırlıqlarına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko öz teleqram kanalında bildirib.

“Ukrayna artıq 2023-cü ilin “Avroviziya”sının finalına hazırlığa başlayır. Biz dünyaya açıqlığımızı, qonaqpərvərliyimizi və irimiqyaslı layihələr həyata keçirmək bacarığımızı göstəririk”, - o yazıb.

Kirill Timoşenko əmin edib ki, “Avroviziya”nın təhlükəsizliyi həm Ukrayna hakimiyyəti, həm də müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) üçün əsas məsələdir.

O bildirib ki, “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin hazırlıqlarında Ukrayna Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi iştirak edir.

Qeyd edək ki, mayın 14-də “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin finalında Ukraynanı təmsil edən “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə qalib gəlib.