Ukrayna Azərbaycan yığması ilə oynaya bilər

ukrayna-azerbaycan-yigmasi-ile-oynaya-biler
Oxunma sayı: 796

Ukrayna Futbol Federasiyasının (UFF) vitse-prezidenti Vladimir Laşkul milli komandalarının Avro-2016-nın seçmə mərhələsinə hazırlıq planlarından danışıb.

“Qafqazinfo” xəbər verir ki, federasiya rəsmisi keçirəcəkləri yoldaşlıq görüşləri haqqında məlumat verib. 

O bildirib ki, mayın 27-sindən iyunun 7-nə kimi milli komanda İsveçrənin Askona şəhərində yekun təlim –məşq toplanışı keçirəcək. Üç yoldaşlıq görüşü keçirilməsi planlaşdırılır. Mayın 29-u Rumıniya, 3-ü Albaniya, 6-sı Moldova ilə yoxlama görüşləri olmalıdır.

Həmçinin UFF Azərbaycan Futbol Federasiyası ilə danışıqlar aparır. Çünki Moldova ilə matçın keçirilməsində problem ola bilər. Buna səbəb maliyyə məsələləridir.