Ukrayna Baş naziri Əli Əsədova zəng etdi

ukrayna-bas-naziri-eli-esedova-zeng-etdi
Oxunma sayı: 1017

Fevralın 4-də Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.

Telefon söhbəti zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.