Ukrayna Baş prokuroru istefa verdi

ukrayna-bas-prokuroru-istefa-verdi
Oxunma sayı: 1226

Ukrayna Baş prokuroru Viktor Şokin istefa verib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Ukrayna həqiqətləri” saytına Şokinə yaxın mənbə bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko bu gün ölkənin Baş prokuroru V. Şokini və Baş nazir Arseniy Yatsenyuku istefaya çağırıb. Hər iki dövlət rəsmisini istefaya səsləyən bəyanatın mətni prezidentin rəsmi saytında yerləşdirilib.