Ukrayna Baş prokurorunun ofisi pirotexnika ilə atəşə tutuldu - Video + Yenilənib

ukrayna-bas-prokurorunun-ofisi-pirotexnika-ile-atese-tutuldu
Oxunma sayı: 1848

Ukrayna milliyyətçi hərəkatların iştirakçıları ölkə Prezidenti Vladimir Zelenskinin Kiyevdəki ofisinin binasının qarşısında 7 il müddətinə həbs edilmiş “Sağ sektor”un Odessa bölməsinin eks-rəhbəri Sergey Sternenkonu dəstəkləmək üçün mitinqə toplaşıblar.

Bu barədə “Qafqazinfo” “TASS”a istinadən xəbər verir.

Məlumata görə, Ukrayna paytaxtının hökumət məhəlləsində 1,5 minə yaxın insan toplaşıb.

Onların arasında “Kapitulyasiyaya qarşı müqavimət hərəkatı”nın nümayəndələri də var. Toplaşanlar Sternenkonu azad etməyi, həmçinin Ali ədalət şurasının yenidən qurulmağını tələb edirlər. Nümayişçilər əllərində bayraqlar, həmçinin “Siyasi məhbuslara azadlıq!”, “Repressiyalara yox!” və s. şüarların yer aldığı plakatlar tutublar. Jurnalist Pavel Şeremetin qətlində təqsirləndirilənlərə də dəstək plakatları hazırlanıb.

***

Minlərlə radikal daha sonra ölkənin Baş prokurorunun ofisinin qarşısında toplaşıb.

Onlar binanı pirotexniki vasitələrlə atəşə tutub.

***

Bir qədər sonra nümayiş başa çatıb.