Ukrayna Baxmutun bir hissəsini azad etdi

ukrayna-baxmutun-bir-hissesini-azad-etdi
Oxunma sayı: 2552

Ukrayna ordusu Baxmut şəhərinin 20 kvadrat kilometrlik hissəsini azad edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Baxmutun daxilində irəliləməyə davam edir:

“Şəhər toplarla yerlə-yeksan edilir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma başladığını bildirib.