Ukrayna ordusu Rusiyanın Belqorod şəhərinə zərbələr endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin hücumları davam etdirilir.
Xatırladaq ki, ötən gün Rusiya 40-dan çox raketlə Ukrayna ərazisinə zərbələr endirib. Nəticədə 28 nəfər həlak olub, 112 nəfər yaralanıb.