“Ukrayna bizi günahlandırmaq üçün yolları minalayır” - Rusiya MN

ukrayna-bizi-gunahlandirmaq-ucun-yollari-minalayir
Oxunma sayı: 3551

“Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrini günahlandırmaq üçün Çerniqov vilayətində yolları minalayıblar”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu ittihamla Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev çıxış edib. 

“Çerniqov vilayətinin Koryukovski rayonunda Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları kənd yollarını, həmçinin Velikiy Şemel, Naumovka və Xolmı qəsəbələrinin yaxınlığından keçən asfalt yolların yol kənarlarını minalayıblar. Rusiya Silahlı Qüvvələrini qəsdən mülki obyektləri minalamaqda ittiham etmək üçün hazırda Qərb xəbər agentliklərinin müxbirlərinin iştirakı ilə növbəti saxta xəbərin hazırlanması gedir”, - deyə Mizintsev bildirib.