“Ukrayna böhranı bölgəmizdə ölkələrimizin əhəmiyyətini artırdı”

ukrayna-bohrani-bolgemizde-olkelerimizin-ehemiyyetini-artirdi
Oxunma sayı: 686

“Ukrayna böhranı bizim bölgəmizdə ölkələrimizin əhəmiyyətini daha da artırdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 “Biz hər zaman bölgəmizdə sülh uğrunda işlər aparmışıq. Amma bu gün dünyanın ehtiyacı olan xüsusilə enerji və qida böhranının yaşandığı bir dövrdə nəqliyyat və ticarət kimi mövzularda bütün dünyaya kömək göstərmək istəyirik. Bakıda Türkiyə, Azərbaycan, Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin toplantısını həyata keçirdik. Bunun ardından, ötən həftə Özbəkistanda Türkiyə, Azərbaycan, Özbəkistan xarici işlər nazirləri, ticarət və nəqliyyat nazirləri toplandı. Bu təşəbbüsü də Azərbaycan tərəfi irəli sürmüşdü”, - deyə Çavuşoğlu qeyd edib.