“Ukrayna böhranını Qərb törədib”- - Putin

ukrayna-bohranini-qerb-toredib-
Oxunma sayı: 1471


“Qafqazinfo” BBC-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Əl-Əhram” qəzetinə müsahibəsində bildirib:

“Ukrayna böhranı Rusiyanın günahı ucbatından meydana çıxmayıb. O, ABŞ və onun Qərb müttəfiqlərinin özlərini soyuq müharibənin “qalibi” hiss edərək hər yerdə öz iradələrini sırımaq cəhdlərinin nəticəsidir”, deyə o bildirib.

“Biz gördük ki, NATO infrastrukturu Rusiya sərhədlərinə get-gedə daha çox yaxınlaşır və Rusiyanın maraqları nəzərə alınmır. Biz ABŞ və onun Qərb müttəfiqlərini Ukraynanın daxili işlərinə qarışmağın fəlakətlə nəticələnəcəyi barədə dəfələrlə xəbərdar etmişdik, amma bizim fikrimizi dinləmədilər”-prezident deyib.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində vəziyyətin qaydaya salınması üçün bu ölkə hakimiyyəti tərəfindən seçilmiş yolu çıxmaza aparan və fəlakətlə nəticələnəcək adlandırıb.

Ukraynada böhranın nizamlanması sülh yolu ilə, “xeyli dərəcədə Rusiyanın səyləri nəticəsində əldə olunmuş” Minsk razılaşması əsasında sülh yolu ilə həyata keçirilməlidir.

Bununla yanaşı, Putin düşünür ki, sabitləşmənin əsas şərti Ukrayna qüvvələrinin atəşi dayandırmasıdır.

“Vəziyyətin sabitləşdirilməsi üçün ən əsas şərt atəşin kəsilməsi, sözdə antiterror, mahiyyətcə isə cəza xarakteri daşıyan əməliyyatın dərhal dayandırılmasıdır,” deyə o, bildirib.

Putinin sözlərinə görə Kiyevin Donbassa iqtisadi təzyiq etmək cəhdləri vəziyyəti mürəkkəbləşdirir. “Bu yol böyük fəlakətlə nəticələnəcək çıxılmaz vəziyyətə aparır.”

Putin qeyd edib ki, böhran “ukraynalılar öz aralarında razılığa gələnədək, radikalizm və millətçiliyin hökmranlığına son qoyulana qədər davam edəcək”.

“Kiyevdəki hakimiyyətin öz xalqını eşitməsi, ölkənin bütün siyasi qüvvələri və regionları ilə razılığa gəlməsi vacibdir. Elə bir konstitusiya quruluşu işlənib hazırlanmalıdır ki, bütün vətəndaşlar təhlükəsiz və rahat yaşaya bilsinlər və insan hüquqlarına tam əməl olunsun”- deyə Putin bildirib.