Ukrayna boksçusu rusiyalılarla döyüşməkdən imtina etdi

Ukrayna boksçusu rusiyalılarla döyüşməkdən imtina etdi
Oxunma sayı: 1525

Ukrayna boksçusu Aleksandr Usik rusiyalı rəqibi Andrey Fedosovla döyüşməkdən imtina edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “İnstaqram” hesabında açdığı canlı efirdə danışıb.

Usik bunu idman yarışının siyasi müstəviyə keçməsinə qarşı olması ilə əlaqələndirib.

“Məlumat var idi ki, rəqibim Andrey Fedosov olacaq. Xeyr, o, mənim rəqibim olmayacaq. Niyə? Hələ buna qədər müzakirə etmişdik ki, opponentim Aleksandr Povetkin olacaq. Demişdim ki, bu uşaqlarla döyüşmək istəmirəm, çünki bunu mütləq siyasi müstəviyə çevirib bir-birilərini kobud sözlərlə təhqir edəcəklər. Bu, məni qane etmir və bu, mənə lazım deyil”, - deyə idmançı bildirib.

Boksçu əlavə edib ki, o, rusiyalı idmançılara və onların ailələrinə çox yaxşı münasibət bəsləyir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi