Ukrayna bu ölkələrə qadağa qoydu

ukrayna-bu-olkelere-qadaga-qoydu
Oxunma sayı: 2214

Ukrayna koronavirusun “Omicron” ştamına görə Afrikanın səkkiz ölkəsindən gələnlərin ölkəyə girişini müvəqqəti dayandırır.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, bu gündən etibarən son 14 gündə Cənubi Afrika Respublikası, Botsvana, Malavi, Zimbabve, Namibiya, Lesoto, Esvatini və Mozambikdə yeddi gündən çox qalanların ölkəyə girişi müvəqqəti dayandırılır.

Bu ölkələrdən gələn Ukrayna vətəndaşları və Ukraynada yaşayan şəxslər 14 günlük karantində qalacaqlar.