Ukrayna çempionu ailəsi ilə birlikdə həlak oldu

ukrayna-cempionu-ailesi-ile-birlikde-helak-oldu
Oxunma sayı: 4224

Ukraynada daha bir idmançı həyatını itirib. 

“Qafqazinfo” xəbər verir ki, Rusiya qoşunlarının Sumı şəhərinə endirdiyi aviazərbələrdən sonra sambo üzrə ölkə çempionu Artyom Priymenko və ailəsi həlak olub.

Bu barədə onun məşqçisi Yevgeni Leonenko feysbuk hesabında məlumat verib. 

Gənc idmançı ilə yanaşı, atası, anası, nənəsi və iki kiçik qardaşı da həlak olub.