Ukrayna çempionu atışma zamanı həlak oldu

ukrayna-cempionu-atisma-zamani-helak-oldu
Oxunma sayı: 5817

Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada daha bir idmançı ölüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna İdman Komitəsi məlumat yayıb.

Kikboksinq üzrə Ukrayna çempionu və Dünya Kubokunun gümüş mükafatçısı Yevgeni Zvonyuk bu gün Çerniqov şəhərindəki atışma nəticəsində dünyasını dəyişib.