Ukrayna çempionu bəlli oldu

ukrayna-cempionu-belli-oldu
Oxunma sayı: 691

Ukraynanın “Şaxtyor” Donetsk klubu 2016-2017-ci il mövsümünün qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, komanda son turda “Zayra”nı 3-2 hesabı ilə məğlub edib. Donetsk təmsilçiləri 75 xal toplayaraq sona 4 tur qalmış çempionluqlarını rəsmiləşdirib.

10-cu dəfə Ukrayna çempionu olan “Şaxtyor” bu göstəricidə təkcə “Dinamo” Kiyevdən (15 dəfə) geri qalır.