Ukrayna daha bir ölkə ilə 10 illik saziş bağladı

ukrayna-daha-bir-olke-ile-10-illik-sazis-bagladi
Oxunma sayı: 1731

Ukrayna Prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenskinin Ofisinin rəhbərinin müavini İqor Jovkva öz feysbuk hesabında paylaşıb. 

Onun sözlərinə görə, Danimarka sazişin qüvvədə olduğu 10 il müddətində Ukraynaya dəstək göstərəcək. Burada söhbət əsas olaraq Ukraynaya pilotsuz uçuş aparatları, rabitə vasitələri, radar və bu kimi yüksəktexnoloji hərbi yardımın göndərilməsindən gedir. 

Saziş bu gün Frederiksen və Zelenskinin Lvov şəhərinə səfəri çərçivəsində imzalanıb. 

Xatırladaq ki, Ukrayna fevralın 16-da Fransa ilə analoji saziş imzalayıb.