Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi

ukrayna-daha-bir-yasayis-menteqesini-azad-etdi
Oxunma sayı: 2518

Xarkov vilayətində daha bir yaşayış məntəqəsi - Pitomnik azad edilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

"Xarkov istiqamətində düşmən hücum əməliyyatı keçirməyib. İşğalçılar qoşunlarımızın irəliləmə sürətini azaltmaq üçün müdafiəyə keçib. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin uğurlu əməliyyatları zamanı Xarkov vilayətinin Pitomnik qəsəbəsi azad edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnın sözlərinə görə, mayın 5-də Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.