Ukrayna DİN qəzanın ilkin səbəblərini açıqladı - Yenilənib

ukrayna-din-qezanin-ilkin-sebeblerini-aciqladi
Oxunma sayı: 5850

Kiyev vilayətinin Brovarı şəhərində 18 nəfərin öldüyü helikopter qəzasının mümkün səbəbləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb. 

Məlumata görə, bu səbəblər sırasında helikopterdə nasazlığın olması, təhlükəsizlik tədbirlərinin pozulması və təxribat variantları var.

***

Ukrayna Hava Qüvvələri Komandanlığının nümayəndəsi bildirib ki, Brovarıdakı aviaqəzanın istintaqı azı bir neçə həftə davam edəcək: “​Səbəbləri haqda danışmaq tezdir”.

Onun sözlərinə görə, helikopter Fransadan alınıb.