Ukrayna Donbassda “Bayraktar”dan istifadə etdi

ukrayna-donbassda-bayraktardan-istifade-etdi
Oxunma sayı: 2459

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donbassda “Bayraktar” pilotsuz uçuş aparatından istifadə etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Qərargahın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ötən gün Donbassda Ukrayna Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub və nəticədə bir hərbçi həlak olub, daha biri isə yaralanıb.

Bundan sonra atəş mövqelərinin susdurulması üçün havaya “Bayraktar” qaldırılıb və bir ağır artilleriya məhv edilib.

Qeyd olunur ki, PUA toqquşma xəttini keçməyib.