“Ukrayna əks-hücuma keçməyə hazırlaşır” - Bayden

“Ukrayna əks-hücuma keçməyə hazırlaşır”
Oxunma sayı: 3203

“Ukrayna ordusu əks-hücum əməliyyatları keçirməyə hazırlaşır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

O, qeyd edib ki, Ukrayna qüvvələri tutduqları ərazinin təhlükəsizliyini təmin etməyə çalışır:

“Ukrayna əks-hücumlara hazırlaşır. Ölkə ərazilərini azad etmək üçün qısa müddət ərzində Rusiyanın döyüş strategiyasına qarşı çıxa bilməlidir”.