Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynanı altı ən dəyərli tərəfdaşından biri adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO-nun Quru Qüvvələri Komandanlığının Tvitter hesabında yazılıb:
“Ukrayna İttifaqın altı ən dəyərli tərəfdaşından biridir. Hazırda Quru Qüvvələri Komandanlığının Qərargahında bir Ukrayna zabiti çalışır”.
İttifaq, həmçinin, qeyd edib ki, Ukrayna NATO Müdaxilə Gücündə iştirak edən ilk tərəfdaş ölkədir.
Son xəbərlər
Son Xəbərlər