Ukrayna əsgərləri üçün təlimlərin vaxtını uzatdılar

ukrayna-esgerleri-ucun-telimlerin-vaxtini-uzatdilar
Oxunma sayı: 1059

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının hazırlanması üçün “İnterflex” proqramını 2025-ci ilin sonuna qədər uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

“Ukrayna hərbi qulluqçularının hazırlanması üçün keçirilən təlimlər bu il başa çatmalı idi. Lakin qərara əsasən ukraynalı döyüşçülərin hazırlığı 2025-ci ilin sonuna qədər davam edəcək”, - departament qeyd edib.