“Ukrayna ətrafında baş verənlər sülhə gətirib çıxarmır”

ukrayna-etrafinda-bas-verenler-sulhe-getirib-cixarmir
Oxunma sayı: 2061

“Ukrayna ətrafında baş verənlər sülhə gətirib çıxarmır. Bu BMT-nin görmək istədiyi dünya deyil”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin daimi nümayəndəsi Stefan Düjarrik bildirib.

O vurğulayıb ki, Ukrayna yeni silahlar aldıqda beynəlxalq təşkilat vəziyyəti şərh etməyəcək.

Düjarrikin sözlərinə görə, BMT təşkilatın Nizamnaməsinə uyğun olan ədalətli dünya görmək istəyir.

“Ancaq indi gördüklərimiz bizi bu istiqamətə aparmır deyə”,- o əlavə edib.