Ukrayna Fəxri Konsulluğundan qazilərə bayram sovqatı - Fotolar

ukrayna-fexri-konsullugundan-qazilere-bayram-sovqati
Oxunma sayı: 2396

Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu Qurban bayramı ilə əlaqədar Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi zamanı qazi olan həmvətənlərimizə və şəhid ailələrinə Qurban payı və konsulun xüsusi yardımını təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğunun Beynəlxalq əməkdaşlıq üzrə müşaviri Rüstəm İsgəndərli və konsulluğun nümayəndələri bayram sovqatını hər bir qazi və şəhid ailələrinin evlərinə çatdırıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı olduğunu vurğulayan müşavir bu müqəddəs missiyanı davam etməyə hər bir vətəndaşın borclu olduğunu dilə gətirib.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də təşkil olunan xeyriyyə məqsədli tədbirdə 100-ə yaxın ailəyə bayram sovqatı çatdırılıb.

Allah kəsilən qurbanları qəbul etsin.