Ukrayna generalı Bakıdadır

ukrayna-generali-bakidadir
Oxunma sayı: 634

Yarovoy ölkəmizə Azərbaycan Daxili Qoşunlarının komandanı general-leytenant Zakir Həsənovun dəvəti ilə səfər etdiyini bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi respublikamızın Daxili Qoşunları ilə tanışlıq və gələcək əməkdaşlığın konturlarını müəyyən etməkdir.

"Bizim artıq bir sıra ortaq işlərimiz var. Azərbaycan və Ukrayna bir sıra sualları birlikdə həll eləyir", Yarovoy bildirib.

Komandanın sözlərinə görə, səfər çərçivəsində əsasən ictimai asayişin təmin olunması və gələcəkdə iki ölkə arasında müdavim mübadiləsi müzakirə olunacaq.

Həmçinin, Azərbaycan və Ukrayna Daxili Qoşunlarının yaradılacaq birgə kontingentin təlimlər keçirməsi də planlaşdırılır.