Ukrayna, Gürcüstan və Kosovaya yaşıl işıq

ukrayna-gurcustan-ve-kosovaya-yasil-isiq
Oxunma sayı: 1219

Ukrayna, Gürcüstan və Kosova bu il Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəliş əldə edə bilər.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han deyib:

“Siyasi həll də lazımdır, lakin standartlara uyğun olaraq onlar mümkün hər şeyi etdilər”.

Onun sözlərinə görə, Ukrayna öz vətəndaşlarına Avropa İttifaqına vizasız giriş hüququ verəcək öhdəlikləri yerinə yetirib, lakin ölkə nəzərəçarpacaq yoldan keçməlidir. Rəsmi Kiev Avropa İttifaqı ilə assosiasiya ilə bağlı vacib qanunları qəbul etməklə yanaşı, onlara əməl də etməlidir.