“Ukrayna hər gün 200-ə qədər hərbçi itirir”

ukrayna-her-gun-200-e-qeder-herbci-itirir
Oxunma sayı: 1488

“Ukrayna hər gün 100-200 nəfər arası hərbi qulluqçu itirir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “BBC”yə müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Qərbin yüzlərlə artilleriya sisteminə ehtiyac duyur: “Əsas olaraq, Ukraynaya 300-ə qədər reaktiv sistem lazımdır”.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikovun da iyunun 9-u açıqladığı məlumata görə, sözügedən ölkə hər gün 100-ə qədər hərbçi itirir.