Ukrayna hərbi xərclərini 13 milyard artıracaq

ukrayna-herbi-xerclerini-13-milyard-artiracaq
Oxunma sayı: 1678

Ukrayna 2023-cü ildə hərbi xərclərini 13,6 milyard dollar artırmağı planlaşdırır.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

“2023-cü ilin büdcəsində dəyişiklik nəzərdə tutulur. Hərbi xərclər yarım trilyon qrivnadan çox artırılacaq”, - deyə deputat qeyd edib.