Ukrayna hökuməti üç həftəlik karantin elan etdi

ukrayna-hokumeti-uc-heftelik-karantin-elan-etdi
Oxunma sayı: 2494

Martın 11-də Ukrayna hökuməti koronavirusun yayılması ilə mübarizə çərçivəsində ölkə daxilində üç həftə karantin elan edib. 

“Qafqazinfo” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hökumət dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, 200-dən çox insanın iştirak etdiyi kütləvi tədbirlərin qadağan edilməsini irəli sürüb.

İdman tədbirlərinin tamaşaçısız və beynəlxalq təşkilatların icazəsi ilə keçirilməsi gözlənilir. Hökumət, həmçinin epidemiya əleyhinə məhsulların ixracını iyunun 1-dək qadağan edəcək.

Xatırladaq ki, Ukraynada bu günə qədər koronavirusa yeganə yoluxma faktı Çernivtsidə İtaliyadan qayıdan bir şəxsdə qeydə alınıb.