Ukrayna Xarici İşlər Nazirliyi bəzi Rusiya KİV-lərinin Ukrayna hərbçilərinin Kursk AES-ə zərbə endirmək cəhdi ilə bağlı iddialarına cavab verib.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, Ukrayna XİN-in sözçüsü Georgi Tixi bu ittihamları rədd edib.
“Biz Ukraynanın Kursk AES-ə və ya onun yaxınlığına endirdiyi zərbələrlə bağlı Rusiya mətbuatında yayılan iddiaları qətiyyətlə rədd edirik. Ukrayna Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir və mülki şəxslərə və mülki infrastruktura hücum etmir”, - o bildirib.