Ukrayna ilə bağlı bu qərarı sərtləşdirməyi planlaşdırırlar

ukrayna-ile-bagli-bu-qerari-sertlesdirmeyi-planlasdirirlar
Oxunma sayı: 1941

Norveç hakimiyyəti Ukraynadan olan qaçqınların axınını azaltmaq üçün onların qəbulu və ölkədə qalma qaydalarını sərtləşdirməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Dagsavisen” nəşri məlumat yayıb.

Bildirilib ki, Norveç siyasətçiləri bu qərara ölkənin digər Skandinaviya dövlətləri ilə müqayisədə daha çox ukraynalı qaçqın qəbul etməsi səbəbindən gəliblər.

“Norveç Ukraynadan 73 mindən çox qaçqın qəbul edib”, - deyə Norveç ədliyyə naziri Emilie Enger Mehl vurğulayıb.