Ukrayna ilə bağlı bu qərarı təsdiqlədilər

ukrayna-ile-bagli-bu-qerari-tesdiqlediler
Oxunma sayı: 2376

Avropa İttifaqı Rusiyanın aktivlərindən 1,4 milyard avro gəlirin Kiyevə transferini təsdiqləyib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell açıqlayıb.

Borrell bildirib ki, Ukrayna tezliklə vəsaiti alacaq.

O, həmçinin əlavə edib ki, Macarıstan Avropa Sülh Fondundan Kiyevə altı milyard avronun ayrılmasının qarşısını almağa hər cür cəhd edir.