“Ukrayna ilə bağlı siyasətimizi bəlli etmək istəmirik” - Borrell

ukrayna-ile-bagli-siyasetimizi-belli-etmek-istemirik
Oxunma sayı: 1375

“Ukraynada mümkün atəşkəs ideyasını yanlış hesab edirik”.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell deyib.

Borrell Ukraynadakı münaqişənin Transatlantik birliyi gücləndirdiyini bəyan edib:

“Biz Ukraynanın məğlub olacağı, Qərbin dəstəyinin davam etməyəcəyi kimi fikirləri dəfələrlə eşitmişik. Bu fikirlər 2022-ci ildə də səhv idi, hələ də belədir. Biz sadəcə Ukrayna ilə bağlı siyasətimizin bəlli olmasına imkan vermirik”.

Diplomat münaqişənin həllində kompromisə getmək barədə fikirləri də yalanlayıb.