Fransa və Böyük Britaniya Rusiya ilə Ukrayna arasında bir ay müddətinə qismən atəşkəs elan edilməsi ideyasını irəli sürüblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Figaro” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron danışıb.
Onun sözlərinə görə, sözügedən atəşkəs quruda həyata keçirilən hərbi əməliyyatlara şamil edilməyəcək və yalnız hava, dənizdə aparılan döyüşlərə, eləcə də enerji infrastrukturu obyektlərinə hücumlara aid olacaq.
Makron qeyd edib ki, cəbhə xətti uzun olduğundan quru qoşunlarına nəzarət etmək çətindir.
Fransa lideri əlavə edib ki, sülhməramlı qüvvələr daha sonradan Ukrayna ərazisində yerləşdirilə bilər: “Yaxın həftələrdə Ukrayna ərazisində avropalı qüvvələr olmayacaq”.
Son xəbərlər
Son Xəbərlər