Ukrayna ilə danışıqların nəticəsi nədən asılıdır? - Lavrov açıqladı

ukrayna-ile-danisiqlarin-neticesi-neden-asilidir
Oxunma sayı: 2592

“Ukrayna ilə danışıqların nəticəsi Kiyevin Moskvanın qanuni tələblərini nəzərə almağa hazır olmasından asılıdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı bildirib.

"Rusiya-Ukrayna danışıqlar prosesinin perspektivlərinə gəldikdə, Rusiyanın prinsipial mövqeyinin dəyişməzliyi təsdiqləndi: danışıqların nəticəsi tamamilə Kiyevin bizim qanuni tələblərimizi nəzərə almağa hazır olmasından asılıdır", - Rusiya XİN rəhbəri bildirib.