Ukrayna ilə İraqı səhv saldı, 75 yaşı olduğunu xatırlatdı - Video

ukrayna-ile-iraqi-sehv-saldi-75-yasi-oldugunu-xatirlatdi
Oxunma sayı: 3675

ABŞ-ın keçmiş Prezidenti Corc Buş (oğul) Ukraynadakı vəziyyət barədə danışarkən ölkəni İraq ilə səhv salıb.

“Qafqazinfo” xəbər verir ki, keçmiş Prezidentin Texasdakı çıxışını “MSNBC” telekanalı yayımlayıb.

Corc Buş çıxışı zamanı Rusiyadakı siyasi və seçki sistemindən danışıb və bildirib ki, bunların da vəziyyəti Ukraynada xüsusi əməliyyata başlamaq qərarına gətirib çıxarıb: “Nəticə etibarilə bir nəfər İraqa, daha doğrusu Ukraynaya tamamilə əsassız və qəddar hücuma başlamaq qərarı verib”.

Bunun ardınca iclas zalında olan iştirakçılar gülməyə başlayıb. Keçmiş Prezident isə “75” deyərək zaldakılara öz yaşını xatırladıb.