Ukrayna ilə İspaniya təhlükəsizlik sazişi imzaladı - Video - Yenilənib

ukrayna-ile-ispaniya-tehlukesizlik-sazisi-imzaladi
Oxunma sayı: 2671

Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın paytaxtı Madridə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında paylaşım edib.

Onu Madrid aeroportunda İspaniya Kralı VI Filip qarşılayıb. 

Zelenskinin sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasıda təhlükəsizliklə bağlı ikitərəfli saziş imzalanacaq.

***

Zelenskinin Madridə səfəri çərçivəsində Ukrayna və İspaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Sənədi İspaniya tərəfindən ölkənin Baş naziri Pedro Sançes imzalayıb. Sazişin detalları hələ açıqlanmayıb.