“Ukrayna ilə rəqabət qaçılmaz idi” - Putin

ukrayna-ile-reqabet-qacilmaz-idi
Oxunma sayı: 2125

"SSRİ-nin dağılmasından sonra Rusiya ilə Ukrayna arasında rəqabət qaçılmaz idi".

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlaması zamanı bildirib.

"SSRİ dağılandan sonra Ukrayna Qərbin təklifi ilə anti-Rusiya bloku yaratmaq yoluna qədəm qoyan insanların nəzarətində idi. NATO-nu şərqə doğru genişləndirməyəcəyinə söz verəndə Rusiyanı aldatdılar, sonra Ukraynaya çatdılar. Moskva Kiyevin Donbasda başlatdığı müharibəyə cavab vermək məcburiyyətində qaldı", - deyə Putin vurğulayıb.