“Ukrayna ilə Rusiya arasında danışıqlar qaçılmazdır” - Makron

ukrayna-ile-rusiya-arasinda-danisiqlar-qacilmazdir
Oxunma sayı: 1540

“Ukrayna hakimiyyəti ilə Rusiya arasında danışıqlar qaçılmazdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron rumıniyalı həmkarı Klaus İohannis ilə keçirdiyi mətbuat konfransında deyib.

“Gün gələcək, biz Ukraynaya kömək edəcəyik. Atəşkəs əldə olunanda biz danışıqlara başlamalıyıq. Ukrayna Prezidenti və hökumət üzvləri Rusiya ilə danışıqlar aparmalı olacaqlar”, - Makron qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizliyin təminatçısı qismində çıxış etmək üçün həmin gün danışıqlar masası arxasında Avropa ölkələrinin nümayəndələri də olacaq.