Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutdu - Video

ukrayna-ile-rusiya-arasinda-novbeti-esir-mubadilesi-bas-tutdu
Oxunma sayı: 1091

Bu gün Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi baş tutub.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna 60 hərbçini əsirlikdən geri qaytarıb. Onlardan 58-i kişi, 2-si isə qadındır.

Bildirilir ki, onlardan 14-ü “Azovstal” polad zavodunun müdafiəçiləridir. Həmçinin geri qaytarılanlar sırasında yaralı hərbçilərin də olduğu qeyd olunub. 

Rusiya Müdafiə Nazirliyi isə, öz növbəsində Ukraynada əsirlikdə olan 60 rusiyalı hərbçinin geri qaytarıldığını açıqlayıb.