“Ukrayna ilə 10 maddəlik sülh planı üzərində işləyəcəyik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
“Biz Ukraynanın Sülh Formulu təşəbbüsünü dəstəkləyirik və ölkə ilə 10 maddəlik sülh planı üzərində fəal şəkildə işləyəcəyik. Həmçinin, Sülh Formulu Sammiti ideyasını da dəstəkləyirik”, - deyə Mişel vurğulayıb.