Fevralın 9-da İtaliyanın Verona şəhərində qondarma Donetsk Xalq Respublikasının (DXR) nümayəndəliyi açılıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, buna cavab olaraq Ukrayna bu gün İtaliya XİN-nə nota göndərib.
Notada antiukrayna təbliğatlarına qarşı etiraz səsləndirilib: “Ukrayna səfirliyi İtaliyada terror qruplaşmalarına – Ukraynanın Donbass ərazisində saxta “respublika”lara göstərilən istənilən dəstəyi qəti olaraq qınayır. Bu, yalnız Avropa İttifaqına üzv dövlətlər üçün deyil, demokratik dəyərləri və müasir dünya qaydalarını bölüşən hər bir cəmiyyət üçün də qəbuledilməzdir”.
Son xəbərlər
Son Xəbərlər