Ukrayna koronavirusa görə sərhədləri bağlayır

ukrayna-koronavirusa-gore-serhedleri-baglayir
Oxunma sayı: 2349

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsi səbəbiylə əcnəbilər üçün sərhədləri iki həftəlik bağlamaq qərarı verib.

“Qafqazinfo” “Ukrainskaya Pravda” saytına istinadən xəbər verir ki, qərar martın 15-dən etibarən qüvvəyə minəcək. Ölkədə martın 12-də tətbiqinə başlanan karantin müddəti 3 aprelə qədər davam edəcək. 

Qeyd edək ki, hazırda Ukraynada yalnız 1 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənsə də yoluxanların real sayının daha çox olduğu güman edilir.