“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Ukrayna Müdafiə nazirliyinin yaydığı xəbərdə bildirilir:
“Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı və müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin verdiyi qərara əsasən, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinin əmrinə uyğun olaraq Krım Muxtar Respublikasına dislokasiya edilmiş Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdə odlu silahdan istifadə edilməsinə icazə verilsin”.
Xatırladaq ki, bir neçə saat bundan əvvəl Simferopolda binaların birindən Ukrayna hərbi bazasına atəş açılmışdı. Nəticədə Ukrayna özünümüdafiə dəstəsinin bir zabiti həlak olub, ikisi isə yaralanmışdı.
Son xəbərlər
Son Xəbərlər