Ukrayna kubokunu da “Dinamo” qazandı

Ukrayna kubokunu da “Dinamo” qazandı
Oxunma sayı: 1896

Futbol üzrə Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda Kiyev “Dinamo”su ilə “Zarya” komandaları qarşılaşıb.

Həlledici oyunda 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə hesabı açan “Dinamo” 1:0 hesabıyla qalib gələrək Ukrayna kubokunun sahibi olub. Yeganə qolu Viktor Tsiqankov rəqib qapısından keçirib. O, 105+2-ci dəqiqədə penaltini də boşa verib.

Qeyd edək ki, Ukrayna Premyer Liqasının da qalibi olan Kiyev “Dinamo”su bununla “qızıl dubl”a imza atıb. Bu komanda tarixində 13-cü dəfə Ukrayna kubokunun qalibi olub. Bununla da kiyevlilər eyni sayda kubok qazanmış “Şaxtyor”a (Donetsk) çatıblar.