“Ukrayna Kurskda tutduğu əraziləri ilhaq etmək niyyətində deyil”

ukrayna-kurskda-tutdugu-erazileri-ilhaq-etmek-niyyetinde-deyil
Oxunma sayı: 2415

“Ukrayna Rusiyanın Kursk vilayətində tutduğu əraziləri ilhaq etmək niyyətində deyil”.

“Qafqazinfo” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in spikeri Georgi Tixiy bildirib.

O vurğulayıb ki, Ukrayna SQ Kursk vilayətində müvafiq məqsədlərə nail olur və Ukraynanın təhlükəsizliyi və müdafiəsi üçün lazım olduğu qədər hərəkət etməyə davam edəcək.

XİN spikeri əlavə edib ki, Kursk vilayətindəki əməliyyat cəbhəyə kömək edir: “Bu, Rusiyanın Donetsk bölgəsinə əlavə bölmələr köçürməsinə imkan vermir və hərbi logistikasını çətinləşdirir”.

Tixiy vurğulayıb ki, Kursk vilayətində Ukrayna SQ əməliyyatının məqsədi ukraynalıların həyatını Rusiya zərbələrindən qorumaqdır.