Ukrayna limanlarındakı gəmilərdə Azərbaycan vətəndaşları da var - BMT

ukrayna-limanlarindaki-gemilerde-azerbaycan-vetendaslari-da-var
Oxunma sayı: 1675

“Ukraynanın minalanmış limanlarında hərəkətsiz qalan gəmilərdə Azərbaycandan olan şəxslər də var”.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna limanlarında təqribən 80 gəmi hərəkətsiz halda qalıb. Bu gəmilərdə isə təqribən 450 dənizçi var: “Onlardan üçdə biri Filippindən olsa da, sıralarında Azərbaycan, Türkiyə və Suriyadan çox sayda adam var”.

Adams, həmçinin qeyd edib ki, limanlarda dəniz minalarının zərərsizləşdirilməsi üçün bir neçə ay tələb olunacaq.