Ukrayna məğlub oldu, Avstriya 1/8 finalda!

ukrayna-meglub-oldu-avstriya-18-finalda
Oxunma sayı: 1680

AÇ-2020-də qrup mərhələsinin oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, əvvəlcə C qrupunda mübarizəyə yekun vurulub. Niderland millisi Şimali Makedoniya ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 3:0 hesabı ilə darmadağın edən Niderland yığması adını 1/8 finala qrup lideri kimi yazdırıb. Qrup ikincisi kimi bu uğura Ukrayna millisini 1:0 hesabı ilə məğlub edən Avstriya nail olub. 

Daha sonra B qrupu çərçivəsində Rusiya – Danimarka və Finlandiya – Belçika görüşləri keçiriləcək. Bu qrupda da Belçika qrupdan çıxmağı təmin edib.

AÇ-2020
21 iyun

C qrupu

Şimali Makedoniya – Niderland 0:3
Qol: M.Depay, 24. C.Veynaldum, 51; 58.
Baş hakim: İstvan Kovaç (Rumıniya).
Amsterdam. Yohan Kroyf Arena.

Ukrayna – Avstriya 0:1

Qol: K.Baumqartner, 21.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Buxarest. Milli Arena.