Ukrayna Milli Bankının eks-sədri Avstriyadan sığınacaq istədi

ukrayna-milli-bankinin-eks-sedri-avstriyadan-siginacaq-istedi
Oxunma sayı: 1954

Ukraynanın Milli Bankının keçmiş rəhbəri Kirill Şevçenko Avstriyadan sığınacaq almaq üçün ölkə rəhbərliyinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Ukraynanın “Strana” portalı yayıb.

Bildirilir ki, hazırda Vyanada yaşayan Şevçenko dövlətə məxsus “Ukrqazbank”ın vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət sxeminin təşkilində şübhəli bilinir. 

O, Ukrayna rəhbərliyi tərəfindən hazırda təqib olunduğunu bildirib. 

Portal yazır ki, Şevçenko Avstriyadan sığınacaq istəyərək Ukraynaya mümkün ekstradisiya prosesini çətinləşdirməyə çalışır.

Qeyd edək ki, Kirill Şevçenko Ukrayna Milli Bankının rəhbəri vəzifəsini ötən ilin oktyabrın əvvəlində tərk edib. Hadisədən iki gün sonra ona və digər iki şəxsə qarşı 5,5 milyon dollardan çox vəsaiti mənimsəməklə bağlı ittiham irəli sürülüb. O, 2015-ci ildən 2020-ci ilə qədər “Ukrqazbank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.