Ukrayna Milli Qvardiyasının komandanı koronavirusa yoluxdu

ukrayna-milli-qvardiyasinin-komandani-koronavirusa-yoluxdu
Oxunma sayı: 1165

Ukrayna Milli Qvardiyasının komandanı, general-leytenant Nikolay Balan koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə Daxili İşlər nazirinin müavini Anton Qeraşenko Feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, xəstəlik, demək olar, asimptomatik keçir, Balanın vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Hazırda Balan özünütəcrid rejimindədir.

Qeraşenko bildirib ki, Milli Qvardiya vəzifələrini yerinə yetirməkdə davam etdirir, komandanın vəzifələrini onun birinci müavini, general-leytenant Vladimir Kondratyuk icra edir.